Xocalı faciəsinin ildönümü ilə əlaqədar inşa-yazı müsabiqəsi keçirildi
25 fevral 2021-ci il tarixində məktəbin V-IX sinif şagirdləri arasında onlayn qaydada “26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq “İnşa-yazı” müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliğ edilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu bildirmişdir.
Şagirdlər yazdıqları inşalarda Xocalı faciəsinin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu diqqətə çatdırdılar.
Sonda münsiflər heyyəti tərəfindən qaliblər müəyyən edildi.