“Ana dilim şirindir” adlı onlayn tədbir keçirildi

20 fevral 2021-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllim və V-XI sinif şagirdlərinin iştirakı ilə 21 fevral - Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dilim şirindir” adlı onlayn tədbir keçirildi. Onlayn tədbirdə çıxış edən müəllimlər Beynəlxalq Ana dili Gününün təsis olunma tarixindən, dövlətimiz tərəfindən Ana dilimizə verilən dəyərdən danışdı. Tədbirdə şagirdlərə bildirildi ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönəlmiş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə işlər uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və s. dilimizin inkişafına böyük qayğının təzahürüdür. Tədbirdə vurğulandı ki, ana dili sevmək, qorumaq yaşından, təhsil səviyyəsindən asılı olmayaraq hər bir azərbaycanlının müqəddəs borcudur.

Tədbirin sonunda şagirdlər ana dilimizə olan sevgilərini şeirlərlə ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi