21 fevral Beynəlxalq Ana Dili günü münasibəti ilə onlayn inşa və rəsm müsabiqəsi keçirildi
21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hərbir xalqın maddi və mənəvi irsini qoruyaraq inkişaf etdirənən ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Ümummilli lider Heydər Əliyevin xalqımıza, onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən olan 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, o cümlədəncənab Prezidentİlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyükqayğının təzahürüdür.
19 fevral 2021-ci il tarixində “21 Fevral Beynəlxalq Ana dili Günü münasibətilə” onlayn qaydada məktəbin V-VIII sinifləri arasında, “Ana dilim doğma dilim” başlığı altında rəsm, “Ana dilimiz varlığımızdır” mövzusunda isə inşa müsabiqəsi keçirilmişdir.