Risk qrupuna daxil olan şagirdlərin aşkar edilməsi məqsədilə videokonfrans təşkil olundu
Məktəbdə risk qrupuna daxil olanşagirdlərin fərdi psixoloji xüsusiyyətlərinin, meyl və maraqlarının, onların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi, psixoloji davranışında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin, riskli davranışlara, zərərli vərdişlərə aludəçiliyin vaxtında aşkar edilərək aradan qaldırılması istiqamətlərində qabaqlayıcı tədbirlər həyata keçirilir.Bu cür şagirdlərin aşkar edilməsi və onlarla maarifləndirici tədbirlərin aparılması məqsədilə 04 fevral 2021-ci il tarixində məktəbin təbriyə işləri üzrə direktor müavini və psixoloqun təşkilatçılığı ilə VII-IX sinif şagirdəri arasında videokonfrans vasitəsilə tədbir keçirildi.