“İyirmi yanvar faciəsi qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirildi
20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həmdə istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 19 yanvar 2020-ci il tarixində 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş VI-VIII sinif şagirdləri arasında “İyirmi yanvar faciəsi qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirildi. Şagirdlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin heç vaxt unudulmayacağını və hər zaman yaddaşlarda qalacağını qələmə aldıqları inşalarda nümayiş etdirməyə çalışdılar.