“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqədə şagirdimizin uğuru

            Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin paytaxtın inzibati rayonları üzrə II mərhələsi başa çatıb.

            Qeydedək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə hazırlanmış müvafiq proqram təminatı vasitəsilə onlayn qaydada keçirilib.

            Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

            Qarabağ Azərbaycandır! Adlı intellektual müsabiqənin rayon mərhələsinin nəticələrinə əsasən final turunda iştirak haqqı qazanan şagirdlər müəyyənləşdirilmişdir. Müsabiqənin Əsasnaməsinə əsasən hər inzibati rayon üzrə ən yüksək nəticə göstərən 3 nəfər şagird final turunda iştirak haqqı qazanmışdır. 231 nömrəli tam orta məktəbin şagirdi Nigar Vəliyeva finalda iştirak haqqı qazanmışdır Rayon turunun qalibi olan şagirdimizi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi