“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə keçirilib

            Şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hissinin formalaşmasının ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən və ən vacib vəzifələrindəndir.

            Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 04.12.2020-ci il tarixli F-246 nömrəli əmrinə əsasən tarix müəllimi Vüsalə Alyarovanın təşkilatçılığı ilə 11 dekabr 2020-ci il tarixində şagirdlər arasında virtual intellektual yarış keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi