Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan yol
30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü.
Mövzu ilə əlaqədar olaraq məktəbin müəllimləri onlayn dərslərdə torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyevin müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparması, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarları haqqında şagirdlərə ətraflı məlumatlar veriblər. Onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmənin məğlub edildiyi şagirdlərin nəzərinə çatdırılıb.
Şagirdlər mövzu ilə əlaqədar hazırladıqları video çarxları öz sinif rəhbərlərinə onlayn vasitəsilə təqdim etmişlər.