“Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirildi
1 dekabr 2020-ci il tarixində QİÇS-lə Mübarizə Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib. Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını daha da artırmaqdan ibarətdir.
Onlayn tədbir zamanı bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığı vurğulanmış, gənclərin narkotik maddələrdən uzaq durmağı tövsiyə olunmuşdur. Eyni zamanda onlayn tədbir zamanı COVİD-19 pandemiyası dövründə şagirdlərə şəxsi gigiyenaya, sosial məsafəyə və s. əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilmişdi.