Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirilib
04 dekabr 2020-ci il tarixində Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Təhsil nazirinin “Fəaliyyət Planının təsdiqi barədə” 16.11.2020-ci il tarixli, F-512 nömrəli, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrlərinin icrasını təmin etməkdən ibarət olmuşdur.
İclasda direktor əvəzi Seymur YusibovTəhsil Nazirliyinin əmri və həmin əmrlə təsdiq edilmiş Fəaliyyət Planının mahiyyəti, müəyyən edilmiş tədbirlərin icra istiqamətləri barədə pedaqoji kollektivi məlumatlandırdı. Ümumilikdə toplantıda qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.