Pedaqoji Şuranın növbəti iclası keçirildi
01 noyabr 2020-ci il tarixində Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasınkeçirilməsində əsas məqsəd pandemiya dövrü ilə əlaqədar məktəb sənədlərinin qaydaya salınması, jurnalların cədvəllərə uyğun yazılması, ümumilikdə qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı kollegial qərarların qəbul edilməsi olmuşdur.
Pedaqoji Şuranın toplantısında direktor əvəzi Seymur Yusibovun məruzələri dinlənilib.
İclasda 2020-2021-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər,pandemiya dövründə bütün şagirdlərin təlimə cəlb edilməsi üsullarının tətbiq edilməsi, məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələsinin pedaqoji heyətin diqqətinə çatdırılmış, eləcə də valideynlərlə səmərəli əlaqənin qurulması, məsuliyyətli təhsilalanların formalaşdırılması məsələlərin müzakirəsi olunmuşdur.
Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.