2020-2021-ci tədris ilininə dair Pedaqoji Şuranın iclası keçirildi
11 sentyabr 2020-ci il tarixində Pedaqoji Şuranın ilk iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd pandemiya dövrü ilə əlaqədar ümumitəhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacağına nəzər salmaq, qarşıda duran vəzifələrə dair müzakirə aparmaq və müvafiq məsələlərlə bağlı kollegial qərarlar qəbul etməkdən ibarət olub.
Pedaqoji Şuranın toplantısında direktor əvəzi Seymur Yusibovun məruzələri dinlənilib.
İclasda 2020-2021-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər, 2019/2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətini diaqnostik qiymətləndirmə vasitəsilə öyrənib çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması, sosial davranış qaydalarının təşviqi, pandemiya və post-pandemiya dövründə bütün şagirdlərin təlimə cəlb edilməsi üsullarının tətbiq edilməsi, məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələsinin pedaqoji heyətin, eləcə də valideynlərin diqqətinə çatdırılması, məsuliyyətli təhsilalanların formalaşdırılması məsələlərin müzakirəsi olub.
Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.