2020-2021-ci tədris ilinin başlaması ilə əlaqədar məktəbdə dezinfeksiya işləri aparıldı

      COVİD-19 pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, sanitar-epidemioloji işlərin görülməsi, koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq 231 nömrəli tam orta məktəbdə dezinfeksiya işləri aparılır. Məlumdur ki, pandemiya dövrü ilə əlaqədar ümumitəhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq. Buna görə də 231 nömrəli tam orta məktəbdə 09 sentyabr 2020-ci il tarixində dezinfeksiya işləri aparılmışdır. Belə ki, məktəbin sinif otaqları, dəhlizləri, giriş-çıxış qapıları, sanitar qovşaqları dezinfeksiyaedici məhlullarla dezinfeksiya olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi