Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

Fevralın 28-də məktəbdə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, FHN-nin Bakı Regional Mərkəzinin nümayəndələri, Pirallahı rayonunda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Seymur Yusibov maarifləndirici tədbirlərin əhəmiyyəti barəsində tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, “1 mart -  Ümumdünya Mülki Müdafiə Günü” və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü,  Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi barədə iştirakçılara ətraflı məlumat verdi.

FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov öz çıxışında maarifləndirmə məqsədi ilə keçirilən belə tədbirləri yüksək qiymətləndirdi. Natiq bildirdi ki, Ümumdünya Mülki Müdafiə Günü - 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. K.Bağırov fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğuladı.

Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Cəsarət Kərimov və digər çıxış edənlər    Tədbir zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası,   “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi