Koronavirusla bağlı dezinfeksiya işləri aparılır
Məktəbdə sanitar-gigiyenik norma və qaydaların tələblərinə uyğun olaraq, planlı şəkildə dezinfeksiya tədbirləri həyata keçirilir, siniflərdə müntəzəm monitorinqlər aparılır. Görülən işlərin tərkib hissəsi kimi 27 fevral 2020-ci il tarixində Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəbdə dezinfeksiya işləri həyata keçirilmişdir.
Qeyd edək ki, ümumilikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tövsiyə və tapşırıqlarına uyğun olaraq məktəbdə sanitar-gigiyenik tədbirlər gücləndirilmişdir.