Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
25 fevral 2020-ci il tarixində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə məktəbin direktor əvəzi Seymur Yusibov və müəllim kollektivi iştirak etdi. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlər və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Alyarova Vüsalə çıxış edərək, Xocalı faciəsini “Əsrin ən dəhşətli faciəsi” adlandırdı. O, şagirdlərə xalqımızın başına gətirilən bu faciələri unutmamağı, onlardan ibrət dərsi, vətəndaşlıq dərsi almağı tövsiyə etdi. Tarix müəlliminin çıxışından sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən kompozisiya nümayiş olundu.