Səssiz qışqırıqlar – ibtidai sinif müəllimləri ilə psixoloji dəstək görüşü keçirilib

Məktəbimizdə ibtidai sinif müəllimlərinin peşə fəaliyyətində qarşılaşdıqları stressi azaltmaq məqsədilə psixoloqlar Şərifə Hüseynova və Səbiyə Xalıqovanın təşəbbüsü ilə "Səssiz qışqırıqlar" adlı psixoloji dəstək görüşü keçirilib.
Tədbirin əsas məqsədi müəllimlərin emosional yüklənməsini azaltmaq, onların özlərini daha rahat ifadə etmələrinə şərait yaratmaq və stresslə baş etmə yollarını təcrübə üzərində öyrətmək olub. Görüş zamanı interaktiv metodlardan, relaksasiya texnikalarından və qrup çalışmalarından istifadə olunub.
İştirakçılar bu görüşün onların psixoloji rifahına müsbət təsir etdiyini bildiribər və belə dəstək tədbirlərinin davamlı olmasının vacibliyini vurğulayıblar.