Şagirdlərimizin növbəti uğurları

Məktəbin 10ç sinif şagirdi Sevgi Məmmədova Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda rəsm müsabiqəsində I yeri, 6b sinif şagirdi İbrahim Həbibzadə isə eyni mövzuda keçirilən inşa müsabiqəsində III yeri tutduğu üçün, digər şagirdlərimiz isə fəal iştirakçı olduqları üçün diplomla təltif olunublar.