Şəhidlərin xatirəsi yad edilib

Məktəbin şagirdləri müəllimlərinin təşkilatçılığı ilə Nizami rayonu ərazisində yerləşən 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Müəllim və şagirdlərdən ibarət komanda Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman oğullarımızın məzarını ziyarət ediblər. Məzarları önünə güllər qoyub, ruhlarına dualar oxuyublar.

Ziyarətin təşkil edilməsində məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, hörmət və ehtiramla yad edilməsi və gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi