"Şahin" hərbi-idman oyununun növbəti mərhələsinə vəsiqə qazandıq

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyununun Nizami rayon mərhələsi keçirilib. Yarışın təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra 251 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev, yarışın baş hakimi, ehtiyatda olan polkovnik-leytenant Şaiq Məmmədov və Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev çıxış edərək, öz ürək sözlərini və təbriklərini yarış iştirakçılarına bildiriblər. Yarışın hakimi, ehtiyatda olan polkovnik Elçin Əliyev raport verdikdən sonra yarışın yekun mərhələsi baş tutub. Yarışda 23 komanda tərkibində 322 nəfər şagird iştirak edib. Yarışda I, II və III yerlərə layiq görülmüş komandalar aşağıdakılardır: l yer-229 nömrəli tam orta məktəbin komandası. ll yer-Zəngi liseyinin komandası. lll yer-61 nömrəli tam orta məktəbin komandası. Qeyd edək ki, məktəbimizin komandası Nizami rayonunu yarışın Bakı şəhər zona mərhələsində təmsil etmək hüququ qazanan komandası olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi