Monitorinq keçirilib

Fəaliyyət planına uyğun olaraq rus bölməsi üzrə V sinifdə Azərbaycan tarixi fənni üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarət olub.
Qeyd edək ki, 2024-2025-ci tədris ilindən elm və təhsil nazirinin müvafiq əmrinə əsasən rus bölməsində Azərbaycan tarixi fənni dövlət dilində tədris edilir.