Aprel döyüşlərinə həsr edilmiş dəyirmi masa keçirilib

Aprel döyüşlərinə həsr edilmiş dəyirmi masa keçirilib. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Aprel döyüşləri haqqında məlumat verilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Bildirilib ki, Aprel döyüşləri müasir hərb tariximizin qəhrəmanlıq səhifəsi, tarixi Zəfərin başlanğıcıdır. Aprel döyüşləri bir neçə il sonra əldə edilən tarixi Zəfərin başlanğıcı oldu. Ümumiyyətlə, Aprel döyüşləri Prezident İlham Əliyevin sərkərdəliyi altında uğurlu olmaqla yanaşı, həm də düşmənə son otuz ildə endirilən ən ağır zərbə oldu. Pərən-pərən salınan düşmən ordusu qəhrəman əsgərlərimiz qarşısında miskin duruma düşdü. Ermənistan hərbi ekspertləri 44 günlük müharibədən sonra etiraf etdilər ki, onların məğlubiyyətinin əsası 2016-cı ilin aprelində qoyuldu. Çünki Ermənistan hərbi-siyasi hakimiyyəti Aprel döyüşlərini düzgün təhlil edə bilmədilər.

Apreldə baş verənlər həm də onu göstərdi ki, qüdrətimiz qarşısında Ermənistan və onun havadarları çox cılız göründü və sübut etdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz. Amma Vətən bu şərəfli əməliyyatda şəhid verdi. Qəlbimizin dərin guşəsinin əbədi sevimliləri olan Aprel əfsanəsi olan şəhidlərimizi qürurla anır, ruhları qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi