Dəyirmi masa keçirilib
Naxçıvan Muxtar Respublikasının100 illiyi ilə əlaqədar məktəbin kitabxanasında dəyirmi masa keçirilib. Dəyirmi masada Naxçıvanın yaranma tarixi, tarixi abidələri, mədəniyyəti və s. mövzular haqqında danışılıb. Şagirdlərin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsinə start verilib.