Monitorinq keçirilib
Məktəbin Fəaliyyət planına uyğun olaraq təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Tağıyeva tərəfindən V siniflərdə məktəbdaxili monitorinq keçirilib. Monitorinq Azərbaycan dili və riyaziyyat fənni üzrə təşkil olunub. Monitorinqin keçirilməsində məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarət olub.