Monitorinq keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Tağıyeva tərəfindən XI siniflərdə məktəbdaxili monitorinq keçirilib.

Monitorinqin keçirilməsində məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarət olub.

Qeyd edək ki, qiymətləndirmə faktiki vəziyyətin, monitorinq isə vəziyyətin dəyişmə dinamikasının, başqa sözlə, prosesin qiymətləndirilməsidir. Monitorinq faktiki vəziyyətin müntəzəm şəkildə qiymətləndirilməsi nəticəsində alınan informasiyanın toplanması və təhlil edilməsi yolu ilə həyata keçirilir. Şagird nailiyyətlərinin monitorinqindən alınan məlumatlar vasitəsilə məktəb fəaliyyətinin hazırkı vəziyyətini sistemli və obyektiv şəkildə proqnozlaşdırmaq mümkündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi