Şeir müsabiqəsi keçirilib

IV siniflər arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər Naxçıvan Muxtar Respublikasına aid müxtəlif şeirlər səsləndiriblər. Sonda qaliblər müəyyənləşib və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsinə start verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi