Sinif rəhbərləri ilə görüş keçirilib

5 oktyabr-Beynəlxalq Müəllimlər Günü barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimatının icrası məqsədilə rəhbərlik tərəfindən sinif rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə sinif rəhbərlərinə çatdırılıb ki, şagirdlərin və valideynlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin verilməsi, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi neqativ halların baş verməsi qəti qadağandır. Daha sonra Məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Şəfəq Ələsgərovaya və sinif rəhbərlərinə bu təlimatın valideyn komitələrinə çatdırılması tapşırılıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi