Təşkilat saatları keçirilib

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım Gününə həsr olunmuş təşkilat saatları keçirilib. Məktəbin müəllimləri şəhidlərimiz haqqında məlumat verib, məzun şəhidlərimiz haqqında xatirələrini bölüşüblər. Daha sonra isə şagirdlər vətənpərvərlik haqqında şeirlər səsləndiriblər. Həmçinin "Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!", "Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!" kimi şüarlar səsləndirilib. Qeyd olunub ki, sentyabrın 27-də Azərbaycan xalqı Qarabağda tarix yazan Vətən oğullarının xatirəsinə sonsuz ehtiramını ifadə edir. Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ayağa qalxan, Vətən Müharibəsinin qəhrəmanlıq səhifəsini qanları ilə yazmış şəhidlərimizi ehtiramla anırıq!

Qeyd olunub ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının qəhrəmanlığını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində igidlik göstərərək döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını sipər etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi