Valideyn iclası keçirilib

2024-2025-ci dərs ilinin başlanması ilə əlaqədar valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi məqsədilə iclas keçirilib. İclasda məktəbin direktoru Vüsalə Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Tağıyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Şəfəq Ələsgərova, həmkarlar komitəsinin sədri Gülər Əmirova və uşaq birliyi təşkilatı rəhbəri Sevinc Əliyeva iştirak edərək, təhsilalanların sağlamlığının qorunması, sağlam həyat tərzinin formalaşdırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həmçinin dərsə davamiyyəti, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi, şagird-davranış qaydalarına məsuliyyətli yanaşılması, məktəbin nizamnaməsinə uyğun məktəbli formalarının qaydasında olması kimi məsələləri müzakirə edərək valideynlərin nəzərinə çatdırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi