Xatirəniz əbədi, adınız müqəddəsdir!

“Anım Günü” ilə əlaqədar məktəbin həyətində "Xatirəniz əbədi, adınız müqəddəsdir!" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Vüsalə Məmmədova və müəllimlər çıxış ediblər. Çıxışlardan sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Əbədi-bədii hissə bitdikdən sonra şagirdlər məzun şəhidlərimizin abidələri önünə gül qoyub, siniflərə daxil olublar.

Tədbirin keçirilməsində əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə şagirdləri maarifləndirmək, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi