"Son zəng" tədbiri keçirilib

Məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbir öncə məktəbin XI sinif şagirdlərinin səhnəyə dəvət olunması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Hiimni səsləndirilib. Həmçinin, Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün ilk söz alan məktəbin direktoru Vüsalə Məmmədova məzun olan şagirdlərə uğurlar arzulayaraq məktəbin fəaliyyətindən və nailiyyətlərindən danışıb.

Daha sonra qonaqlar çıxış edərək XI sinfi başa vurmaları münasibətilə məzunları təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyindən əmin olduqlarını bildiriblər.

Son zəng tədbirində məktəbin XI sinif şagirdləri müxtəlif rəqs nümunələri, ədəbi kompozisiyalar nümayiş etdirib, ürək sözlərini deyiblər.

Sonda isə XI üçün son zəng çalınıb, onlar müəllimlərlə sağollaşıb və məktəb həyatı ilə vidalaşıblar.

https://youtube.com/watch?v=sGSoGT5DZWE&feature=shared

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi