Nağıllar aləminə səyahət

Nağıl bir terapiya üsuludur. Bu üsul uşaqlarda nitq inkişafına, diqqətin toplanmasına, təfəkkür, təxəyyülün formalaşına, mədəni ünsiyyət qurmasına, müqayisələr etməyinə, xeyir və şər anlamlarını qavramasına şərait yaradır. Təbii ki, nağılların məzmunu da məqsədəuyğun şəkildə xüsusi olaraq seçilməlidir. Nağıl terapiyası ilə aqressiv, qorxuları və ya fobiyaları olan, ünsiyyət çatışmazlığı sözə baxmayan – isterika çıxaran, həmçinin davranışında nöqsanlar, yaramazlıq edən uşaqlar üçün çox əhəmiyyətli bir vasitədir. Nağılda dinlədiyi nəticə istənilən nöqsanına səmərə verəcəkdir. Ən sonda isə nağılı kimlərin danışmasının vacibliyi vardır ki, bunu da bilmək çox vacibdir. Nağıl terapiyası-şəxsiyyətin inteqrasiyası, onun yaradıcılıq qabiliyyətinin inkişafı, düşüncələrinin genişlənməsi, ətraf aləmlə qarşılıqlı əlaqənin təkmilləşməsi üçün seçilib istifadə olunan nağıl formalı metoddur. Nağılların mətni istər uşaqlarda, istərsə də böyüklərdə intensiv emosional rezonans yaradır. Bununla əlaqədar olaraq məktəbin akt zalında kitabxana müdiri Aynur Xəlilova, kitabxanaçı İradə Ağayeva və UBTR Sevinc Əliyevanın təşkilatçılığı ilə ibtidai sinif şagirdləri ilə “Nağıllar aləminə səyahət” adlı tədbir keçirilib. Tədbirdə şagirdlərə maraqlı nağıllar haqqında danışılıb, eyni zamanda uşaq nağıllarından ibarət videoçarx təqdim edilib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə nitq mədəniyyətinin inkişafı, onların nağıllar dünyası ilə daha da yaxından təmasda olmasından ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi