Maarifləndirici söhbət aparılıb

Məktəbin IX sinif şagirdləri ilə “Qohumlararası nikahın tibbi və psixoloji fəsadları” mövzusunda maarifləndirici profilaktik söhbət aparılıb. Tədbirdə məktəbimizin psixoloqu Səbiyə Xalıqova və uşaq birliyi rəhbəri Sevinc Əliyeva iştirak edib.

Görüş zamanı şagirdlərə qohumlararası nikahların yarada biləcəyi genetik və psixoloji risklər, eləcə də ailə qurarkən nəzərə alınmalı vacib məqamlar barədə ətraflı məlumat verilib. Mövzu ətrafında diskussiya aparılıb və şagirdlərin sualları cavablandırılıb Maarifləndirmə tədbirinin keçirilməsinin əsas məqsədi şagirdlərdə sağlam ailə modeli və düzgün seçimlə bağlı ilkin bilik və düşüncələrin formalaşdırılması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi