Attestatların verilməsi prosesi tam başa çatıb

IX və XI sinfi bitirən məzunlara ümumi və tam orta təhsil haqqında attestatların verilməsi prosesi tam başa çatıb. 2024-2025-ci tədris ilində məktəbimizi bitirən IX sinif üzrə 135 şagirddən 10 şagird, XI sinif üzrə isə 125 şagirddən 9 şagird Fərqlənmə attestatı qazanıb. Məktəb rəhbərliyi şagirdlərlə görüşərək attestatları təqdim edib və onlara bol-bol uğurlar arzulayıb.
Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.