Şəhid Teymur Osmanlının ailəsi ziyarət edilib

Məktəb rəhbərliyi və 7b sinif şagirdləri valideynlərin təşəbbüsü ilə Azərbaycan silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Teymur Saday oğlu Osmanlının doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Ziyarətin təşkilində məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, hörmət və ehtiramla yad edilməsi və gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması olub.

Görüş zamanı ailəsi şəhidin həyat və döyüş yolundan danışıb, onunla bağlı xatirələrini şgirdlərlə bölüşüblər. Daha sonra şagirdlərin ifasında şəhidin ruhuna hörmət əlaməti olaraq Vətənə, qəhrəmanlara həsr olunmuş şeirlər səsləndirilib.

 Qeyd edək ki, Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi