Milli Qəhrəman Yuri Kovalyovun xatirəsi yad edilib

Məktəbin müxtəlif sinif şagirdləri məktəbin məzun şəhidi, fəxrimiz, Milli Qəhrəman Yuri Kovalyovun əziz xatirəsini yad ediblər. Tədbirdə şəhidin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Azərbaycan Respublikası Dövlət Himni səsləndikdən sonra Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrundə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlərin ifasında ədəbi-bədii kopozisiya təqdim edilib. Mİlli Qəhrəman Yuri Kovalyovun həyatı və döyüş yolundan, göstərdiyi sücaətlərindən danışılıb. Qəhrəmana dərs deyən müəllimlər və yaxınları onunla bağlı xatirələrini qonaqlarla bölüşüblər.

Tədbirin sonunda Yuri Kovalyovun, həmçinin məktəbin digər şəhid məzunlarının abidəsi önünə güllər qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi