Şagirdimizin əl işləri sərgilənib

Məktəbin foyesində 5a sinif şagirdi Musa Maçanovun əl işləri sərgilənib. Sərgidə məktəbin direktoru Vüsalə Məmmədova, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak ediblər.
İlk öncə çıxış edən V.Məmmədova və digər qonaqlar əl işlərinin yüksək səviyyədə təşkilindən danışaraq əl işlərini tək-tək dəyərləndiriblər. Daha sonra M.Maçanov əl işləri haqqında müəlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıb.
Sərginin təşkil edilməsində məqsəd ümumilikdə şagirdlərin elmi potensialarının və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarət olub.