28 May Müstəqillik Günü qeyd edilib

“28 May Müstəqillik Günü” ilə əlaqədar məktəbin 4b sinif şagirdləri müəllimləri Sevil Qasımovanın rəhbərliyi ilə tədbir keçiriblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edilib ki, müstəqilliyimizin dünya azərbaycanlıları üçün çox önəmlidir. Bu gün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Müstəqilliyimizi qoruyub gənc nəslə ötürmək hər bir vətəndaşın vətəndaşlıq borcudur.