Mülki Müdafiə Günü qeyd edilib

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.

Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

 Məktəbin hərbi rəhbəri Qədir Daşdəmirov 1 Mart Mülkü Müdafiə Günü haqqında şagirdlərə məlumat verib. Şagirdlərə əyani surətdə fövqəladə hallar baş verdiyi zaman necə davranmaq lazım olduğunu nümayiş etdirib. İstər müharibə, istərsə də dinc şəraitdə əhalinin müdafiəsinin başlıca vəzifə olduğunu bildirib.

Dərsdə şagirdlərə videoçarxlar nümayiş etdirilib. Şagirdlər Mülki Müdafiənin yaranma tarixi, rolu və vəzifələri  haqqında topladıqları məlumatları səsləndiriblər. Həmçinin Mülki Müafiə - insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elm olduğunu vurğulayıblar.

Bu günün hər il keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və bu vəziyyətdə şagirdlərin zəruri davranış qaydaları ilə təlimatlandırılması, şagirdlərin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi