“Həndəsi fiqurlar” mövzusunda nümunəvi dərsi keçirilib

2Ç sinfində Sultanə Qurbanovanın riyaziyyat fənnindən “Həndəsi fiqurlar” mövzusunda nümunəvi dərsi keçirilib. Dərsdə müəllim həndəsi fiqurlar haqqında məlumat verdikdən sonra, əyləncəli oyunlar vasitəsilə şagirdlərə dərsi mənimsədib. Şagirdlər həndəsi fiqurlara aid mahnı oxuyub, tapmacalar söyləyiblər. Həndəsi fiqurlara aid gündəlik həyatda işlətdiyimiz əşyaları təsvir edib, fiqurlardan kompozisiya hazırlayıblar. Həmçinin, həvəslə dərsdə iştirak edən körpə fidanlar müəllimin tapşırığı əsasında həndəsi fiqurlar çəkib, rəngləyiblər.

Dərsdə iştirak edən ibtidai siniflər üzrə direktor müavini Əminə Kərimova və metodbirləşmə sədri Laləzar Hüseynova sonda dərs haqqında öz fikirlərini söyləyib, tövsiyələr veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi