Məktəbin həyətinə gül əkilib
Şəhid məzunumuz Milli Qəhrəman Yuri Kovalyovun doğum günü ilə əlaqədar olaraq məktəbin II sinif şagirdləri məktəbin həyətyanı sahəsində və şəhid məzunlarımızın abidəsi önündə rəngarəng güllər əkiblər. Həmçinin daha öncə əkilmiş ağacların dibləri yumşaldılıb, gövdələri ağardılıb.