Təşkilat saatları keçirilib

Məktəbin müxtəlif siniflərində Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq təşkilat saatları keçirilib. Təşkilat saatında qeyd edilib ki, tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edib. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyev hər zaman xalq tərəfindən böyük sevgi və hörmətlə anılır. Həmçinin şagirdlər məktəbin foyesində ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda isə məktəbin direktoru Vüsalə Məmmədova çıxış edərək vurğulayıb ki, Heydər Əliyev həm dünənki, həm bugünkü, həm də gələcək nəsil tərəfindən daim böyük ehtiram və sevgi ilə xatırlanacaq.