İdmançı şagirdlərlə psixoloji hazırlıq mövzusunda görüş keçirilib

Məktəbin müxtəlif idman növləri ilə məşğul olan şagirdləri ilə maraqlı və maarifləndirici bir görüş keçirilib. Tədbir məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Şəfəq Ələsgərovanın təşəbbüsü ilə məktəbimizin psixoloqları Səbiyə Xalıqova və Şərifə Hüseynovanın iştirakı ilə keçirilib.

Görüşün əsas mövzusu idmançıları yarışlara psixoloji hazırlamaq olub. Psixoloqlar şagirdlərlə yarış öncəsi stressin idarə olunması, özünəinamın formalaşması, motivasiyanın qorunması və psixoloji dayanıqlıq kimi mövzularda söhbətlər aparıblar. Şagirdlər mövzuya böyük maraq göstərərək suallar veriblər və aktiv iştirak ediblər.

Belə görüşlər şagirdlərin həm psixologiyasına, həm də idman uğurlarına müsbət təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi