"Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi"nə ekskursiya

Məktəbin 3 “A” sinif şagirdləri müəllimləri Arzu Əmirovanın təşkilatçılığı ilə 2008-ci ildən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış "Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi"nə ekskursiya etmişlər. Ekskursiya şagirdlərdə maraq doğuran bölgələrin maarifləndirici, elmi, idman və ya istirahət məqsədi ilə kollektiv şəkildə təşkil edilmişdir.
Ekskursiya zamanı şagirdlər muzeyin tarixi haqqında məlumatlandırıldıqdan sonra muzeylə - Arxeoloji-Etnoqrafik muzey kompleksi, Qala qəsri və Əntiq Əşyalar muzeyinin hər biri ilə yaxından tanış oldular.