OCEP proqramı çərçivəsində Slovakiya məktəbləri ilə konfrans keçirildi

Şuşa ilində OCEP proqramı çərçivəsində qardaşlıq əlaqəsi qurduğumuz Slovakiyanın Prisov şəhərindəki Qrammatika məktəbi və Banska Bistrika şəhər məktəbi ilə videokonfrans keçirildi. Konfransda məktəbimizin direktoru Vüsalə Məmmədova, təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Tağıyeva, ingilis dili müəllimləri Şəhla Qarayeva, Marifə Mahmudova, informatika müəllimi Solmaz Paşayeva iştirak edirdi. Həm məktəbimizin, həm də Slovakiya məktəblərinin şagirdləri ölkələrinin coğrafi yerləşmələri, tarixi abidələri, adət və ənənələri ilə bağlı təqdimatlarla çıxış etdilər. VII sinif şagirdi Zəhra Əhmədzadə milli rəqsimiz – “Nəlbəki” rəqsini ifa etdi. Kiçik yaşlı şagirdlərimiz Zeynəb İsmayılova və İbrahim Həbibzadə milli paltarları, idman sahəsində qazandıqları medalları haqqında danışdılar. Şagirdlərin ingilis dilində səlis nitqləri, fikirlərini aydın ifadə etmələri qardaş məktəblərində müəllim və şagirdlərinin diqqətini cəlb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi