"Narkomaniyaya yox deyək!" adlı tədbir keçirildi
Məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini Şəfəq Ələsgərova, biologiya müəllimi Nabat Məmmədova 8 “C” sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirdilər. Sinif şagirdləri mövzu ətrafında çıxış etdilər, səhnəciklər göstərdilər, hazırladıqları videoçarxı nümayiş etdirərək narkomaniyanın pis vərdiş olduğunu təsiqlədilər.
Tədbirdə məktəb rəhrliyi, Bakı şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin baş inspektoru polis polkovnik leytenantı Kəmalə Əkbərova, BŞBPİ veteranlar şurasının sədri istefada olan polis polkovnik Emin Məmmədov, Nizami rayon Polis İdarəsinin bölmə rəisi polis mayoru Natiq Yusifov, NRPİ veteranlar şurası sədr müavini istefada olan polis mayoru Firdovsi Bayramov, Nizami rayon İcra Hakimiyyəti şöbə rəisi Bəhman Hüseynov, Uşaq Qaynar Xəttinin əməkdaşları Uşaq Reablitasiya Mərkəzinin psixoloqu Aynur Məmmədova və sosial işçisi Elmir Musazadə iştirak edirdi. İştirakçılasr öz çıxışlarında narkomaniya və onun yaratdığı qorxulu sonuclar haqqında geniş məruzə etdilər. çıxışlar şagirdlər tərəfindən çox maraqla qarşılandı.