PİSA- BEYNƏLXALQ ŞAGİRD QİYMƏTLƏNDİRMƏ PROQRAMI
24 oktyabr 2024-cü il tarixində məktəbimizdə PİSA- Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı üzrə imtahan keçirildi.
Proqram ölkələrə öz təhsil sistemlərini qlobal miqyasda müqayisə etməyə, bu sistemlərin zəif və güclü tərəflərini müəyyən etməyə kömək edir.
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.