TƏBİƏTİN RƏNGLƏRİ
15 oktyabr 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm müsabiqəsi keçirildi. Balaca rəssamlar təbiətin yaratdıqlarını – heyvan və quşları, balıq və həşəratları, əsrarəngiz bitkiləri, Günəşin rənglərini, dənizin hərarətini, bir sözlə – təbiətin bütün gözəlliklərini öz rəsm əsərlərində göstərməyə çalışdılar.
Müsabiqənin keçirilməsində məqsəd – təbiətə qayğı, məhəbbətlə yanaşmağı aşılamaq, planetimizin flora və faunasını qorumağı təbliğ etmək, ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirmək, istedadlı gənc rəssamları üzə çıxarmaq və onlara dəstək verilməsindən ibarətdir.