“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ” MÖVZUSUNDA KONFRANS

    Artıq ənənə halını almış Heydər Əliyev və Azərbaycan tarixi mövzulu referat-yazı müsabiqəsi bu il növbəti dəfə həyata keçirilir. Ulu Öndərin anadan olması ərəfəsində ilk olaraq rayon mərhələsi, bugün isə yekun-şəhər mərhələsi keçirildi.

    06 may 2024-cü il tarixində Bakı Şəhəri İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans təşkil olundu. Bu ilki müsabiqədə şəhərimizin 300-dən artıq məktəbi və 2700-dən çox məktəblisi iştirak etdi. Onların arasından daha müfəssəl, daha əhatəli işlənmiş, elmi cəhətdən mövzunu özündə yüksək səviyyədə əks etdirən referatlar seçilərək bu günkü konfransa təqdim edildi. Konfransda Bakı şəhərinin hər bir rayonunun təmsil olunduğu on iki elmi iş gənc tədqiqatçılar tərəfindən konfrans iştirakçılarına təqdim edildi.

    Məktəbimizin IX “c” sinif şagirdi Məhərrəmli Sevil 2700 şagird arasından seçilərək müsabiqənin qalibi olmuşdur.

    Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi