“İmtahan həyəcanı” mövzusunda seminar

04 aprel tarixində məktəbin psixoloqu DilrubəYusifzadə "imtahan həyəcanı" mövzusunda IX sinif şagirdləri ilə görüş keçirdi. İmtahan həyəcanını yaradan səbəblərdən, özünü göstərən problemlərdən və həyəcanla mübarizə yollarından şagirdlərə bəhs olundu. Zamanı düzgün planlamaq, son bir həftə qalmış yuxu rejiminə, qida rasionuna fikir vermək, yorucu fiziki fəaliyyətlərdən uzaq durmaq kimi məlumatlar verildi.Sonda psixoloji, Nəfəs texnikası" və "Rahatlama texnikası"nın istifadə qaydaları şagirdlərə çatdırıldı. Məlumatlar slayd şəklində də nümayiş etdirildi. Həmçinin şagirdlərin imtahan həyəcanı səviyyəsini müəyyən etmək məqsədilə test keçirildi. Testin nəticələrinə əsasən həyəcan səviyyəsi yüksək olan şagirdlər müəyyən olunaraq fərdi şəkildə dəstəyin göstərilməsi planlaşdırıldı.